Lənkəranda avtomobildən 6 kiloqramdan çox narkotik vasitə aşkarlandı – FOTO

Lənkəranda avtomobildən 6 kiloqramdan çox narkotik vasitə aşkarlandı – FOTO

Hazırda oxunan: Lənkəranda avtomobildən 6 kiloqramdan çox narkotik vasitə aşkarlandı – FOTO

76812

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildiriblər ki, sürücü, Bakı şəhər sakini Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxs müvafiq tibbi müayinədən keçirilib.

R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyənləşdirilib. Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan çox heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı onun narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı olduğu müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO