Bələdiyyə başçısının ölümü: Narkotik və qız

Bələdiyyə başçısının ölümü: Narkotik və qız

Hazırda oxunan: Bələdiyyə başçısının ölümü: Narkotik və qız

7665

İsmayıllı rayonunda Göyçay rayonunun Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun cəsədi tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı hüquq-mühafizə orqanları yayıb.

Mənbə bildirir ki, Ramil Yusifov İsmayıllı rayonunun İvanovka kəndində icarəyə götürdüyü evdə tanıdığı bir qızla gecələyib. Səhər onun ölüsü tapılıb.

Müayinə edildikdən sonra cəsədində heç bir zorakılıq izi aşkar edilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

33 yaşlı bələdiyyə sədrinin İsmayıllıda meyiti tapıldı - FOTO


İlkin araşdırmalar zamanı ölümün narkotik dozasının çoxluğu səbəbindən baş verdiyi məlum olub. Bələdiyyə sədrinin cəsədinin yaxınlığında marixuana və metamfetamin tapılıb. Qızın hadisə yerindən itkin düşdüyü deyilir.

İstintaq hazırda onun şəxsiyyətini müəyyənləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO