Zəngilan Hava Limanı bu tarixdə istifadəyə veriləcək – RƏSMİ 

Zəngilan Hava Limanı bu tarixdə istifadəyə veriləcək – RƏSMİ 

Hazırda oxunan: Zəngilan Hava Limanı bu tarixdə istifadəyə veriləcək – RƏSMİ 

76607

“Zəngilan Beynəlxalq Hava Limanı 2 mərhələdə istismara veriləcək”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

O bildirib ki, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarə edilməsi qülləsi iyulda istismara veriləcək:

“Hava limanı saatda 200 sərnişinin uçması üçün nəzərdə tutulub. Avqust ayında ikinci mərhələdə isə hava limanında işlər bütövlükdə tamamlanacaq. Burada uçuş kütləsi 400 ton olan sərnişin və yük təyyarələrinin qəbulu mümkündür”.

Valeh Əmiraslanovun sözlərinə görə, tikinti işlərinə 2021-ci ilin aprelin 26-da başlanılıb, may ayında isə ANAMA tərəfindən ərazinin minalardan və PHS-dan təmizlənməsinə start verilib: 

“Artıq dəmir-beton konstruksiya işləri tamamlanıb, dam örtüyünün bağlanması üzrə iş gedir. İşin 80 faizi yerinə yetirilib və yaxın günlərdə bu işlər də yekunlaşacaq”.

Nümayəndə onu da qeyd edib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 10 kilometr olan 35 kVt/saatlıq hava xətti çəkilib, gücü 1000 kVt/saat olan yarımstansiyasının inşası başa çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO