Yəhudilər  Qarabağ üçün dualar edir

Yəhudilər  Qarabağ üçün dualar edir

Hazırda oxunan: Yəhudilər  Qarabağ üçün dualar edir

765

Avropa Yəhudiləri Bakı Dini İcmasının üzvləri sinaqoqda bir araya gələrək, Qarabağın azad olunması və əsgərlərimizin sağ - salamat evlərinə dönməsi üçün dualar ediblər.

İcmanın baş ravvini Şneor Seqal Bizim.Media saytına açıqlamasında Qələbə gününü böyük səbirsizliklə gözlədiklərini deyib. Hazırda döyüşlərdə bütün azərbaycanlılar kimi, yəhudilərin, rusların, gürcülərin və digər qeyri-müsəlmanların çiyin-çiyinə vuruşduğunu qeyd edib. 

Ravvin Azərbaycanda müxtəlif etnik qrupların, icmaların rahat yaşamasından və bütün azərbaycanlılar kimi, dövlətimizin inkşafında yaxından iştirak etməsindən də danışıb. “İndi bütün sinaqoq və kilsələrdə ordumuzun qələbəsi üçün ayinlər keçirilir, dualar edilir, Əsgərin işi döyüşmək, bizim amalımız isə bu qələbədə öz töhfəmizi verməkdir. Çox böyük əminliyimiz var ki, Tanrıya növbəti dua mərasimlərimizdən birini də Şuşada keçirəcəyik".

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO