Müharibə iştirakçısı onunla evlənmək istəyən qıza “Yox” dedi, qalmaqal düşdü – VİDEO 

Müharibə iştirakçısı onunla evlənmək istəyən qıza “Yox” dedi, qalmaqal düşdü – VİDEO 

Hazırda oxunan: Müharibə iştirakçısı onunla evlənmək istəyən qıza “Yox” dedi, qalmaqal düşdü – VİDEO 

76432

“Bizimləsən” ictimai-sosial proqramda gözlənilməz hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, İkinci Vətən müharibəsində iştirak edən və valideynləri olmayan Murad adlı şəxs ailə qurmaq üçün sözügedən verilişə pənah gətirib. Onunla ailə həyatı qurmaq üçün tibb işçisi olan bir xanım studiyaya gəlib.  

Üzünü gizlədən xanım anasının Muradı çox bəyəndiyini söyləyib:

“Mən də anam kimi Muradı görən kimi çox bəyəndim. Ailədə üç bacıyıq. Mən evin son beşiyiyəm. Az da olsa dünən ünsiyyətimiz oldu. Qiyabi də olsa xasiyyətinə bələd oldum. Muradla ailə qurmağa dəyər” - deyə, xanım bildirib.  

Murad isə xanımın bu sözlərinə cavab olaraq “Onun dürüstlüyünü bəyəndim. Çox cəsarətlidir ki, mənim üçün studiyaya gəlib” - deyib.  

Aparıcı Zaur Baxşəliyevin Murada ünvanladığı “Bu xanımla ünsiyyət qurub, onu daha da yaxından tanıyıb, münasibət qurmaq istəyirsən?” sualına qarşı tərəfin “Xeyr, Zaur bəy” deməsi studiyada əyləşən ekspertləri və qonaqları əsəbiləşdirib. Ekspert qismində iştirak edən müğənni Sahib İbrahimov Muradın bu hərəkətini ona yaraşdırmadığını söylərək, bu addımını pisləyib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO