Goranboyda vətəndaşın adına avtomobil çıxdığı üçün sosial yardım ala bilməməsini xəbər vermişdik.
Qeyd edək ki, rayonun Tatarlı kənd sakini, 1973-cü il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov bu ilin yanvarına qədər 3 il müddətində sosial yardım alıb. Adına avtomobil çıxdığı üçün sosial yardımı kəsilib.
Şikayətçinin müvafiq quruma müraciəti zamanı məlum olub ki, Sahib Məmmədovun adına çıxan avtomobil Binəqədi rayonunda yaşayan, əslən Qubadlı rayon sakini, eyni ad və soyadlı şəxsə məxsusdur.
Bizim.Media-ya növbəti dəfə müraciət edən Sahib Məmmədov Gəncə Rayon Polis Şöbəsindən adına avtomobil olmamasını təsdiq edən arayış aldığını və həmin sənədin poçtla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Goranboyda növbəti BİABIRÇILIQ – 3 il sosial yardım alan vətəndaşın adına AVTOMOBİL çıxıb
“Çətinliklə də olsa, bu arayış aldım və birbaşa Sahil Babayevə ünvanladım. Ümid edirəm ki, Dövlət Sosial Müdafiə Fondu mənim məsələmi tez bir zamanda həll edəcək. Çox ağır durumdayam. Ailəmi və 2 körpəmi dolandırmaqda çətinlik çəkirəm”, - deyə Sahib Məmmədov əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsi vətəndaşın şikayəti əsasında məsələni nəzarətə götürüb. Bununla bağlı qurum hələki sorğumuza rəsmi mövqe bildirməyib.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media