NAZİR: “Azərbaycanla Türkiyənin bu festivalı birgə keçirməsi dünyaya mesajdır”

NAZİR: “Azərbaycanla Türkiyənin bu festivalı birgə keçirməsi dünyaya mesajdır”

Hazırda oxunan: NAZİR: “Azərbaycanla Türkiyənin bu festivalı birgə keçirməsi dünyaya mesajdır”

76267

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilk ölkə Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəsidir”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının rəsmi açılış mərasimində rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Bu festivaln iki ölkənin birlikdə keçirməsi dünyaya mesajdır. "TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə fəxr edir.

Çünki məhz Ali Baş Komandanın rəhbərliyi ilə gənclərimiz 30 ilə qədər işğalda olan torpaqlarımızı azad edib. Bu zəfərdə bütün nəsillərin rolu var. “TEKNOFEST” 6 ay ərzində bizə birgə işləməyi və məhsulları bölüşməyi təşviq edib, insanların texnologiyaya marağını artırıb”, - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO