"Münaqişənin Azərbaycana təsirləri qiymətləndirilir" - Nazir müavini

Hazırda oxunan: "Münaqişənin Azərbaycana təsirləri qiymətləndirilir" - Nazir müavini

76128

“Azad olunmuş ərazilərdə münaqişənin iqtisadiyyata təsirləri ilə bağlı ilkin ssenarilər hazırlanıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. 

“Hazırda biz münaqişənin Azərbaycan iqtisadiyyatına təsirlərinin ssenariləri üzrə qiymətləndirməni hazırlayırıq. Bu təsirləri az müddətdə real qiymətləndirmək çətindir. Biz iki aydır bunun üzərində işləmişik”, - deyə nazir müavini vurğulayıb. 
“Bu ssenarilər Milli Məclisə yox, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur. Biz artıq 3 istiqamət üzrə ssenari hazırlamışıq. Həm neftin qiyməti, həm iqtisadi artımlar, həm inflyasiya, həm də xarici şoklar üzrə ssenarilər hazırdır" Sevinc Həsənova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO