Rusiyanın qadağan etdiyi pomidorlar Azərbaycan bazarlarında – AQTA isə susur

Rusiyanın qadağan etdiyi pomidorlar Azərbaycan bazarlarında – AQTA isə susur

Hazırda oxunan: Rusiyanın qadağan etdiyi pomidorlar Azərbaycan bazarlarında – AQTA isə susur

7604

Paytaxt Bakının bazarlarında bayram günlərindən başlayaraq Rusiyanın almaqdan imtina etdiyi pomidorlar ucuz qiymətə satılır. Şimal qonşumuz o zaman bu məhsulların insan orqanizmi üçün zərərli olduğunu iddia etmişdi.

İndi bu pomidorların öz bazar və marketlərimizdə qorxusuz, hürküsüz və izahatsız satışa çıxarılması sual doğurur. AQTA belə təhlükəli möhtəkirliyə niyə göz yumur?

Mövzunu Bizim.Media-ya şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bəli, yerli bazarlarda satılan həmin məhsullardır və ucuz qiymətə insanlarımıza sıranır:
 

MÖVZU İLƏ BAĞLI:

''Anbarlarda tonlarla pomidor xarab olur'' - SAHİBKAR


“Sahibkar məcburan hansısa formada dəyən ziyanın yarısından qayıtmalı idi. Sadəcə buradakı bir faktı unutmaq olmaz. Rusiya iddia edirdi ki, Azərbaycanda yetişdirilmiş pomidor məhsulları müəyyən bir zərərverici mikro tərkibə malikdir. Belə çıxır ki, tərkibində təhlükəli maddələr olan pomidorlar özümüzə satıldı. Bu məhsullarda həqiqətən insan orqanizmi üçün zərərli maddələr vardısa, Azərbaycan vətəndaşlarına satmaq düzgündürmü? Aidiyyatı qurumlar da buna göz yumdular. Hanısa məmura ziyan olmasın deyə bu məhsulları əhaliyə yedizdirməyi üstün tutdular”.

Mövzunu alıcılarla davam etdirdik:

Fərqanə Allahverdiqızı bayram günləri ərəfəsində 3 kq pomidoru 1 manata əldə etdiyini dedi. 

Paytaxt sakini Ziya Səməd də bu il pomidorun baha olmadığını bildirdi:

“Düzdür, əvvəllər pomidor Biləcəridə 1-2 manat arası qiymətə satılırdı, indisə 70 qəpiyə almaq olur”.

Sorğuda iştirak edən Turkan Məmmədli bu il pomidoru 50-70 qəpiyə aldığını vurğuladı.  

Başqa bir alıcı İlknur Salmanova bildirdi ki, marketdən pomidoru 69 qəpiyə alıb:

“Çəhrayı pomidoru, adətən 3-4 manata almaq olur. Mən həmişə belə növə üstünlük verirəm, amma bu dəfə dadını sevmədim. Bəlkə də mövsümü olmadığı üçün dadsız idi”.

Dilşad Məmmədova adlı alıcı isə qeyd etdi ki, 31 dekabrda pomidoru 79 qəpiyə əldə edib.

Araşdırmamız zamanı bu faktı baş çəkdiyimiz marketlərin satıcıları da təsdiqlədilər. Hamı bir nəfər kimi söylədi ki, qiyməti ucuz olan pomidorlar xaricə getməyən məhsuldur. Ona görə də belə ucuz qiymətə satılır. Bu pomidorların əksəriyyərinin üzərində istehsal müəssisələrinin adət etmədiyimiz emblemləri yapışdırılıb.

Məsələ ilə bağlı AQTA-ya müraciət etsək də günboyu agentlikdən susmağa üstünlük verdilər və gün boyu Rusiyanın iddia etdiyi gübrəli pamidorların yerli bazarlarda satılmasına münasibət bildirmədilər.

Araşdırmamız davam edəcək.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO