Xarici hərbi attaşelər Naxçıvana səfər etdilər - FOTO

Xarici hərbi attaşelər Naxçıvana səfər etdilər - FOTO

Hazırda oxunan: Xarici hərbi attaşelər Naxçıvana səfər etdilər - FOTO

76021

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və onların ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

Bizim.Media xəbər verir ki, sonaqlar səfər çərçivəsində qonaqlar Heydər Əliyev Muzeyində, Heydər Əliyev adına Hərbi Liseydə və bir sıra hərbi obyektlərdə olublar.

Əvvəlcə qonaqlar Heydər Əliyev muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb.

Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından və digər eksponatlardan ibarətdir.

Sonra Heydər Əliyev adına Hərbi Liseydə olan qonaqlara məlumat verilib ki, 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənc hərbi təhsil alır.

Nümunəvi hərbi tədris sisteminə və möhkəm maddi-texniki bazaya malik olan hərbi lisey silahlı qüvvələrin peşəkar hərbi kadrlarla təminatında önəmli rol oynayır. Liseyin məzunları Vətən müharibəsində peşəkarlığı və qəhrəmanlığı ilə qələbədə böyük paya sahib olublar.

Liseydə kursantların təhsili, yaşayışı və asudə vaxtlarının səmərəli təşkili təmin edilib, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Burada kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzindədir.

Müasir avadanlıqlarla təchiz olunan tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilib. Qonaqlar kursantların sosial məişət şəraiti, yataqxana və tədris otaqları ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun müxtəlif bölmələrində olub, qərargah və digər binaların imkanları ilə tanış olublar.

Təlim-Tədris Mərkəzində qonaqlara məlumat verilib ki, binada, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, tədbir zalı fəaliyyət göstərir. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub.

Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə trenajorlar quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir.

Sonra qonaqlar hərbi hissədə əsgəri məişət kompleksləri, həmçinin döyüş texnika parkı və döyüş texnikaları ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO