DİM qabiliyyət imtahanı vermək istəyənlərə müraciət etdi

DİM qabiliyyət imtahanı vermək istəyənlərə müraciət etdi

Hazırda oxunan: DİM qabiliyyət imtahanı vermək istəyənlərə müraciət etdi

75902

Dövlət İmtahan Mərkəzi magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 1–3 tarixlərində aparılacaq.

Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək. 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO