Bakıda Turizm və Milli Mətbəxin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə çay festivalı təşkil olunub.
Festivalda yerli və xarici müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən örtülü pavilyonlarda təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı nümayiş olunub.
Tədbirin əsas məqsədi çay sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır. İştirakçılara Biləsuvar, Lənkəran və Naftalanın, eləcə də Ukrayna, Mərakeş, Böyük Britaniya və Pakistan ölkələrinin çay dəsgahları nümayiş olunub.
Qeyd edək ki, Bakıda Turizm və Milli Mətbəxin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə növbəti çiyələk festivalı mayın 29-da Cəlilabadda təşkil olunacaq.
Geniş videosujeti təqdim edirik:
Alçina Amilqızı, Rəşad Orucoğlu, Bizim.Media