Şəkidə meşədə meyit tapıldı

Şəkidə meşədə meyit tapıldı

Hazırda oxunan: Şəkidə meşədə meyit tapıldı

75749

Şəkidə meşəlik ərazidə kişi meyiti aşkar edilib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Öyrət kənd inzibati ərazisinin yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb.

Meyitin ağacdan asılı vəziyyətdə aşkarlandığı bildirilir.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı ilkin araşdırma zamanı meyiti tapılan şəxsin Öyrət kənd sakini 1994-cü il təvəllüdlü Cavad İsa oğlu Şəhmirov olduğu məlum olub.

28 yaşlı C. Şəhmirovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO