Gürcüstan Müsəlmanları İdarəsi din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü həyata keçirilən səfərdə məqsəd qonaqlara azad edilən torpaqlarda ermənilərin vandallıq aktlarını əyani şəkildə soydaşlarımıza göstərməkdir.
Səfər zamanı qonaqlara Şuşa Dövlət Qoruq İdarəsinin əməkdaşı şəhər barədə ətraflı məlumat verib.
Bildirilib ki, Şuşada 17 məhəllə, 17 məscid və 17 bulaq olub. Qonaqlar Natəvan bulağında olub, şəhidlərin xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.
12.09
Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Ağdam və Füzulidən sonra Şuşa şəhərinə gəliblər.
MÖVZU İLƏ BAĞLI:
Bu ölkənin din xadimləri Füzuliyə getdilər - FOTO
Bizim.Media xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, mədəniyyət abidələri və Cıdır düzü ilə tanış olacaqlar.
Bizim.Media