Vyetnam saytı Azərbaycandan yazdı

Vyetnam saytı Azərbaycandan yazdı

Hazırda oxunan: Vyetnam saytı Azərbaycandan yazdı

7557

Vyetnamın “Baotintuc.vn” tanınmış informasiya saytı Azərbaycan haqqında yazı paylaşıb.

Bizim.Media xəbər verir ki, yazıda II Qarabağ müharibəsinə geniş yer verilib. Bildirlib ki, Azərbaycan öz əzəli torpaqlarını Ermənistandan geri alıb.

Müəllif Azərbaycan tərəfinin  Qarabağı sülh yolu ilə qaytarmağa  dəfələrlə səy göstərdiyini vurğulayıb:

“Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasını  Ermənistana təklif edib. Lakin Ermənistan məsələnin dinc yolla həllinə şərait yaratmayıb”,- deyə qeyd edilib.

Yazıda atəşkəs bəyanatına da toxunulub. Bildirilib ki, noyabrda Rusiya Prezidenti Vladimir Putin, onun  azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bir aydan çox davam edən döyüşlərdən sonra Dağlıq Qarabağda atəşkəs razılaşmasını imzalayıb:

“Razılaşmaya əsasən, Rusiya atəşkəsə nəzarət etmək üçün Dağlıq Qarabağla Ermənistan arasındakı dəhlizdə sülhməramlıları yerləşdirilib.  İlkin cədvələ əsasən Ermənistan  təhvil verilməsi  planlaşdırılan  Azərbaycan ərazilərini qaytarmağı gecikdirib”,- deyə məqalədə yazılıb.

Müəllif Ermənistanın məğlubiyyət, Qarabağda Azərbaycan qoşunlarının yerləşdirilməsi reallığı ilə üz-üzə qaldığını xüsusi vurğulayıb.

Yazıda işğal edilən Azərbaycan ərazilərinin Ermənistan tərəfindən dağılmasına da diqqət çəkilib:

“Azərbaycan  Prezidenti İlham Əliyev “Qarabağı həqiqi cənnətə çevirəcəyik”,-deyib. O, Şuşanın tarxi görnüşünün bərpa ediləcəyini söyləyib”,- deyə yazıda qeyd edilib.

Müəllif Şuşanı tarixi ərazi adlandıraraq əlavə edib ki, İlham Əliyev 5 yanvarda bu qədim şəhəri mədəniyyət paytaxtı elan edib.

Qeyd edək ki, “Baotintuc.vn” saytı Veytnamın tanınmış media portallarındandır. O, Vyetnam saytlarının reytinq göstəricisində 11-ci yerdə qərarlaşıb.

Vüqar Ağamalıoğlu, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO