Təhsil Problemləri İnstitutunda beynəlxalq seminar keçirildi

Təhsil Problemləri İnstitutunda beynəlxalq seminar keçirildi

Hazırda oxunan: Təhsil Problemləri İnstitutunda beynəlxalq seminar keçirildi

75412
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Təhsilin idarə olunması və beynəlxalq münasibətlərin inkisafında təhsilin önəmi”x9d mövzusunda beynəlxalq seminar keçirilib. İnstitutun Gənclərin Beynəlxalq Karyera və İxtisasartırma Mərkəzi ilə birgə təşkil etdiyi beynəlxalq seminar İstanbul Bilgi Universitetinin qurucusu və sabiq rektoru, dünyada üç fərqli universitetə rəhbərlik etmiş tək professor, hazırda San Diyego Dövlət Universitetinin professoru və rektorluğunun məsul şəxsi Prof.Dr. Halil Güven tərəfindən aparılmışdır. Seminara qatılan bütün qonaqları salamlayan ARTPİ-nin direktoru Qulu Novruzov rəhbərlik etdiyi institutda mütəmadi olaraq təhsillə və müasir yeniliklərə dair müxtəlif səpkidə seminarların keçirildiyi və təhsil işçilərinin də daim bu təlimlərə yüksək maraq göstərdiyini söyləyib.

“Bizim üçün çox sevindiricidir ki, San Diyeqonun professoru müəllimlərimizlə görüşə gəlibdir. Bundan sonra da ARTPİ olaraq bütün təhsil işçilərini maraqlandıran mövzulara dair mütəmadi tədbirlər keçirməyi planlaşdırırıq”x9d, - deyə direktor deyib. Qulu Növruzov seminarı aparacaq Prof.Dr. Halil Güven barədə məlumat verərək, təhsil işçilərini seminarın gedişatı zamanı aktiv olmağa və öz təşəbbüsləri ilə çıxış etməyə dəvət edib.

Daha sonra Prof.Dr. Halil Güven “Təhsilin idarə olunması və beynəlxalq münasibətlərin inkisafında təhsilin önəmi”x9d mövzusunda seminar keçib. O, müasir dövrdə texnologiyanın çox yüksək vüsətlə inkişaf etdiyi bir dönəmdə təhsilin də bu inkişafla bərabər dəyişməsinə təsir etdiyini bildirdi. Təhsilin inkişafı tempində təhsil işçiləri arasında yeni liderlərin yetişməsindən, hər bir təhsil işçisinin, sinifdə şagirdlərin qarşısında olan müəllimin artıq ilkin liderlik xüsusiyyətinin daşıyıcısı olduğunu vurğuladı. Müəllimin sinfin idarə olunmasından, ümumi, orta və ali məktəbin idarə olunmasında beynəlxalq münasibətlərin yaradılması yollarından, bu münasibətlərin qurulmasında ünsiyyət bacarıqlarının köməkliyindən, peşə və ixtisas seçimində şagirdlərin sərbəst seçim etməsinə yardımçı olmalarından söhbət açdı. Seminar boyu Prof.Dr. Halil Güven xüsusi hazırlanmış slaydlar vasitəsilə müəllimlərə təhsilin idarə olunması və beynəlxalq münasibətlərin qurulması zamanı nələr etməli olduqlarını izah edib. Seminarın sonunda Halil Güvən mövzu ilə bağlı sualları cavablandırıb.

ARTPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin təşkilatçılığı ilə baş tutan beynəlxalq seminarda institutun rəhbərliyi, məktəb, bağça, tədris mərkəzlərinin rəhbərləri, ali təhsil müəssisələrinin elm adamları, Azərbaycanın şəhər və bölgələrindən gələn təhsil işçiləri, doktorant və dissertantlar, institutunun əməkdaşları iştirak edirdilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO