Bu tarixdə 44 mindən çox abituriyent QƏBUL İMTAHANI verəcək

Bu tarixdə 44 mindən çox abituriyent QƏBUL İMTAHANI verəcək

Hazırda oxunan: Bu tarixdə 44 mindən çox abituriyent QƏBUL İMTAHANI verəcək

75161

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 13-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

Mayın 21-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21521, mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 22878 nəfər olmaqla, ümumilikdə 44399 abituriyentin iştirakı nəzərdə tutulur. 
İmtahanların gedişini işıqlandırmaq üçün 60 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO