“Məlumatsız olduğumdan hələlik bu barədə dəqiq heç nə deyə bilmərəm”.
Bunu Bizim.Media-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli təşkilatın digər sədr müavini Nəsimi Şərəfxanlının hansı səbəblərdən özünə qəsd etməsinə münasibət bildirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Bakıda baş redaktor sirkə turşusu içdi – SƏBƏBİ BİLİNMİR
“Onun sirkə turşusu içərək özünə qəsd etməsi barədə yayılan məlumatlar doğrudur. Amma bu barədə dərin məlumatlara malik deyiləm. Ona görə də onun hansı səbəbdən özünə qəsd etdiyini deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq. Amma indilikdə bu barədə heç nə bilmirik”.
Qeyd edək ki, jurnalist, Vətən müharibəsi iştirakçısı Nəsimi Şərəfxanlının mayın 14-də sirkə turşusu içərək özünə qəsd etdiyi bildirilir.
Hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicə alan N.Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.
Rüfət Sultan, Bizim.Media