Ramana qəsəbəsinin problemləri gündəlikdə deyil - VİDEO

Ramana qəsəbəsinin problemləri gündəlikdə deyil - VİDEO

Hazırda oxunan: Ramana qəsəbəsinin problemləri gündəlikdə deyil - VİDEO

7512

Yağış yağan kimi küçəyə axan çirkab suları Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan sakinlərin mənzillərinin zirzəmisinə dolur. Və ya özünə yol tapa bilməyən qurunt suları həyat-bacanı, yolları keçilməz edir.

Bu barədə videogörüntülər Bizim.Media redaksiyasına göndərilib.

Videgörüntülərdən qurunt suları küçələrə, oradan da yaşayış evlərinə dolduğu aydın görünür.

Çirkab sular həm vətəndaşın evinə, həm də ki, canına ziyan vurur.

Ramana sakini Aygün Həmidli deyir ki, yağış yağanda günümüz qaradır. Evin altına su dolur, həyəti, yolları su basır.

“Qış olanda xəstələnirik. Nəmişlikdən böyrəklərimiz ağrıyır, revmatizmdən əziyyət çəkirik. İllərdir  şikayət edirik, çarə qılan yoxdur”.

Bu haqda “Azərsu” ASC-nə də şikayət edilib. Lakin Ramana qəsəbə sakinlərinin evləri hələ uzun müddət göl içində üzəcək. Belə deməyimizə  “Azərsu”dan aldığımız cavab əsas verir:

“Adı çəkilən ərazidə  kanalizasiya infrakstruktrunun  qurulması hələ gündəmdə deyil”.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, Ramana qəsəbəsində yağış və kanalizasiya suları üçün infrastruktur mövcud deyil. Həmin ərazilər vaxtı ilə qurunt sularının yığıldığı sahə olub.

Sonra da sakinlər orada evlər tikib. İndi də yağış onların yaşayışını çətinləşdirir.

“Bizə Sabunçu rayon İcra Hakimiyyətindən də müraciət daxil olub. “Azərsu” ASC-nin Sabunçu su kanalizasiya idarəsinin əməkdaşları rayonun Mənzil Kommunal Təsərrüfatı İB-nin köməkliyi ilə müəyyən işlər görüb.

Lakin orada köklü infrastruktur olmadığına görə məsələ həllini tapmır. Kanalizasiya infrastrukturu sıfırdan qurulmalıdır. Baş  plana əsasən Bakıətrafı qəsəbələr ilk növbədə içməli su ilə təmin olunur. Daha sonra isə kanalizasiya xətləri çəkilir.

Bütün bu işlər mərhələli şəkildə aparılır və dövlət  büdcəsindən vəsait ayrılmalıdır. Ramana qəsəbəsində işlərə başlanılması isə gündəlikdə yoxdur”.

Gülşanə Mustafayeva, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO