Bakı Dövlət Universitetinin 3 tələbəsini avtomobil vurdu

Bakı Dövlət Universitetinin 3 tələbəsini avtomobil vurdu

Hazırda oxunan: Bakı Dövlət Universitetinin 3 tələbəsini avtomobil vurdu

75098

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.

2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Yaralılar ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO