Buraxılış imtahanına gəlməyən şagirdlər SİNİFDƏ QALACAQ – Valideynlərə XƏBƏRDARLIQ

Buraxılış imtahanına gəlməyən şagirdlər SİNİFDƏ QALACAQ – Valideynlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Buraxılış imtahanına gəlməyən şagirdlər SİNİFDƏ QALACAQ – Valideynlərə XƏBƏRDARLIQ

75036

Xəbər verildiyi kimi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 23-24 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. İmtahanda iştirakı nəzərdə tutulan 43 127 nəfərdən 392 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozan 7 nəfərin nəticəsi isə ləğv olunub.

Maraqlıdır, imtahana gəlməyən və nəticəsi ləğv edilən şagirdlərin aqibəti necə olacaq?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunvericilik həmin şagirdlərin yenidən imtahanda iştirakına imkan verir:
 

MÖVZU İLƏ BAĞLI:

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB


“Kimlər ki, imtahanda iştirak etməyiblər, onlar müvafiq olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabr ayında keçiriləcək imtahanlara qatılacaqlar. Bu barədə həmin şagirdlərin təhsil aldıqları müəssisələr siyahını yenidən Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər. Bundan sonra onlar qeyd olunan tarixdə imtahan verəcəklər. Bundan əlavə qaydaları pozub imtahandan çıxanlar var ki, onlar barədə də Dövlət İmtahan Mərkəzi tərəfindən ayrı bir vaxtda imtahan keçirilə bilər. Yalnız o şərtlə ki, bir də həmin şəxslər qayda pozuntusa yol verməsinlər”.

Imtahana gəlməyən şagirdlərə gəlincə, ekspert qeyd edib ki, qanunvericiliyə görə həmin şəxslər sinifdə qalmalıdırlar:

“Yəni növbəti ildə həmin fənnlərdən dərs keçməli və imtahan verməlidirlər. Yaxud ilkin olaraq təkrar imtahan keçirilməsi tələb olunur. Burada da iştirak etməsələr, sinifdə qalmalı olurlar. Amma son illər biz bu halı müşahidə etmirik. Məsələyə daha çox humanist yanaşılır. 9-cu siniflər növbəti sinfə addımlaya bilirlər. Nəticə etibarilə buraxılış imtahanlarının nəticəsi ümumi illik qiymətlərin orta göstəricisi olaraq götürülür”.

Elçin Əfəndi onu da əlavə edib ki, cari ildə 9-cu sinfi 135 min şagird bitirib. Onlardan 1000 nəfəri buraxılış imtahanında iştirak etməyib:

“Həmin 1000 nəfərin sentyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahanda içtirak etmək hüquqları var. Burada yaxşı olar ki, valideynlər də məsələyə məsuliyyətlə yanaşsınlar. Çünki həmin şagirdlərə 9 illik attestat da verilməyə bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO