Türkiyədə helikopterlərimiz havaya qaldırıldı: TƏLİMİN ƏRAZİSİNƏ BAXIŞ - VİDEO

Türkiyədə helikopterlərimiz havaya qaldırıldı: TƏLİMİN ƏRAZİSİNƏ BAXIŞ - VİDEO

Hazırda oxunan: Türkiyədə helikopterlərimiz havaya qaldırıldı: TƏLİMİN ƏRAZİSİNƏ BAXIŞ - VİDEO

75033

"Anatolian Phoenix - 2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib. Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO