Ağdaşda polis ƏMƏLİYYATI: xarici ölkə vətəndaşı tutuldu – FOTO

Ağdaşda polis ƏMƏLİYYATI: xarici ölkə vətəndaşı tutuldu – FOTO

Hazırda oxunan: Ağdaşda polis ƏMƏLİYYATI: xarici ölkə vətəndaşı tutuldu – FOTO

74893

Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. 

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.
 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO