"İƏT Modeli – 2022” proqramı üzrə simulyasiya oyunları keçirildi - FOTO 

Hazırda oxunan: "İƏT Modeli – 2022” proqramı üzrə simulyasiya oyunları keçirildi - FOTO 

74644

Dünən Bakıda, Park İnn otelində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il üzrə simulyasiya oyunları keçirilib. 

Bizim.Media-nın məlumatına görə, tədbirin açılış mərasimində İƏGF-ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təbrik nitqi ilə çıxış edərək proqramın vacibliyindən, onun gənclərin liderlik bacarıqlarının gücləndirilməsində oynadıqları roldan bəhs edib. 

Azərbaycanın aparıcı universitetlərindən olan 90-a yaxın tələbə İƏT xarici işlər nazirlərinin sessiyasını simulyasiya edərək “Əfqanıstanda Sülh quruculuğu prosesi”, “İƏT coğrafiyasında regional təhlükəsizlik problemləri” və “İƏT məkanında gənclərin imkanlarını artırmaq və inklüzivlyinin təmin etmək üçün təkliflər” mövzuları ətrafında debatlarda iştirak ediblər və adı çəkilən hər üç problemlə bağlı müvafiq qətnamələr qəbul ediblər. 

Tezliklə münsiflər heyətinin qərarı ilə bu oyunlarda xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçiləcək tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. 

Qeyd etmək lazımdır ki, bu ilin aprel ayının əvvəllərindən başlayaraq Bakıda keçirilən proqram çərçivəsində Pakistan, Fələstin, Özbəkistan, İndoneziya və bir sıra İƏT ölkələrinin Azərbaycandakı səfirləri azərbaycanlı tələbələr qarşısında çıxış edərək təmsil etdikləri ölkələrin xarici siyasəti, İƏT-də tutduqları mövqe haqda geniş məlumat veriblər.  

Xatırladaq ki, İƏGF-ARM və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.  
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO