199 nəfər Azərbaycandan deportasiya olundu – RƏSMİ

199 nəfər Azərbaycandan deportasiya olundu – RƏSMİ

Hazırda oxunan: 199 nəfər Azərbaycandan deportasiya olundu – RƏSMİ

74572

Miqrasiya sahəsində inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1133 qərar qəbul edilib.

Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı 583, tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə 199, ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə 384 olub.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 20, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 55, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya ölkədə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi ilə bağlı isə 6 qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO