Məktəb direktorları 9-cu sinfi zəif bitirən şagirdləri məktəbdən niyə KƏNARLAŞDIRIR? – Təhsil Nazirliyindən CAVAB 

Məktəb direktorları 9-cu sinfi zəif bitirən şagirdləri məktəbdən niyə KƏNARLAŞDIRIR? – Təhsil Nazirliyindən CAVAB 

Hazırda oxunan: Məktəb direktorları 9-cu sinfi zəif bitirən şagirdləri məktəbdən niyə KƏNARLAŞDIRIR? – Təhsil Nazirliyindən CAVAB 

74558

Azərbaycanda bəzi məktəb direktorları IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı "qərar" verir. Məktəb direktorları bu qərarın Təhsil Nazirliyindən gəldiyini iddia edərək, zəif şagirdlərin peşə təhsilinə yönəldilmələrini diktə edirlər.  

Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə sözügedən məsələ ilə bağlı valideynlərdən çoxsaylı şikyətlər alır. Əslində bu xoşagəlməz tendensiya bir neçə ildir ki, var:

“Azərbaycandakı 4432 ümumtəhsil məktəbinin 3300-ü 11-lik, 840-ı isə 9-illikdir. Bu il orta ümumtəhsil məktəbinin 9-cu sinfini 135 min şagird bitirir. Məktəb direktorları 9-cu sinfi bitirəndən sonra qiyməti zəif olan şagirdlərə 10-cu sinfə keçməklə bağlı ciddi problemlər yaradırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Şagirdlərin məktəbə telefon gətirmələri niyə YASAQLANDI? – “Müəllimlərə də məhdudiyyət qoyulsun” 


Halbuki “Təhsil haqqında” qanuna və Konstitusiyaya görə Azərbaycanda təhsil icbaridir. İcbari təhsil isə 9-illikdir.

Əgər onların səhhəti imkan verirsə, şagirdlər orta məktəblərə məcburi getməlidirlər. 10 və 11-ci siniflərdə təhsil almaq isə şagirdlərin könüllü istəyidir. Artıq bir neçə həftədir ki, məktəblər nəticələri zəif olan uşaqlara “sənədlərinizi götürün, təhsilinizi davam etdirməyəcəksiz. Peşə təhsilinə gedin” deyə bildirirlər.

Bu qərarın isə Təhsil Nazirliyindən gəldiyi iddia olunur. Əlbəttə ki, insanların heç də hamısı ali təhsil almalı deyil və ölkədə son illər peşə təhsili istiqamətində gözəl işlər görülüb. Amma bu insanların təhsilalma hüququ tapdanaraq edilməməlidir”. 

Ekspert qeyd edib ki, bu hal Bakı və bölgələrdə kütləvi şəkil alıb:

“Uşağın zəif olması 9 il ona tədris edilən dərsin nəticəsidir. Uşaq birdən-birə zəif olmur. Güclü uşaqlar isə hazırlıq və repititorların nəticəsində yüksək nəticə göstərir. Bütün hallarda şagird 11-ci sinfin attestatını almaq istəyir. Bəlkə xaricə təhsil almağa gedəcək? Uşaqlar mütəmadi diaqnostik imtahanlara salınır və onların hansı biliyə, bacarığa malik olduqları əvvəlcədən məlum olur.

Vaxtında bununla bağlı tədbirlər görülməli idi. Ümumiyyətlə, heç bir direktora imkan verilməyib ki, şagirdlərin təhsilalma hüququnu məhdudlaşdırsın. Bu yolverilməzdir və belə addım atan direktorlar cəzalanmalıdır”.
Məsələ ilə bağlı Təhsil Naziliyinin mətbuat katibi Cəsarət Valehov saytımıza bildirib ki, IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin məktəbdən kənarlaşdırılması ilə bağlı nazirlik tərəfindən hər hansı qərar yoxdur:

“Məktəb direktorlarının da belə bir səlahiyyəti yoxdur”, - deyə qurum rəsmisi qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO