Bakının Nərimanov rayonu ərazisindəki qoparaq yerə düşən küçənin adını göstərən lövhə bərpa edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ərazi üzrə cavabdeh olan 35 saylı Mənzil Kommunal İstismar Sahəsi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Məmməd Arazın adına olan küçədə lövhəsinə yer tapılmır - FOTOFAKT
Bildirilib ki, daxil olan məlumat əsasında, dərhal aidiyyəti üzrə əməkdaşlar əraziyə göndərilib, lövhə təyinatı üzrə yerinə bərpa edilib.
Xatırladaq ki, bununla bağlı jurnalist Samir Mirzə özünün “Facebook” səhifəsində paylaşım edərək belə yazmışdı: “3 aya “2 mərtəbə” yuxarı qalxıb. İnşallah, növbəti mərhələdə gedib divara bərkiyər”.
Bizim.Media