Etibar Əliyev İctimai Şuraya SƏSLƏNDİ – Məktəblərdə direktor təyinatları niyə qapalı aparılır?

Etibar Əliyev İctimai Şuraya SƏSLƏNDİ – Məktəblərdə direktor təyinatları niyə qapalı aparılır?

Hazırda oxunan: Etibar Əliyev İctimai Şuraya SƏSLƏNDİ – Məktəblərdə direktor təyinatları niyə qapalı aparılır?

74524

“Son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü kimi məni çox narahat edir. Məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev “Facebook” hesabında yazıb. 

Millət vəkili ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinlərinin təyinatdan kənarda qaldığını, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinlərinin təyinat aldıqlarını iddia edib: 
 

MÖVZU İLƏ BAĞLI:

“Ölkəmizdə ixtisaslı fəhlə çatışmazlığı var” – Peşə təhsili ilə bağlı TƏZADLI DURUM


“Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur. Konkret olaraq iki nümunə göstərəcəyəm. 

210 nömrəli tam orta məktəbə direktor 95 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub.

Bildiyimiz kimi, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar. Verilən məlumatlara görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə iştirak etməyiblər”.  

Belə halların sayının çox olduğuna diqqət çəkən Etibar Əliyev qapalı və mübhəm direktor təyinatlarının geniş vüsət aldığını vurğulayıb.

O, Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvlərinə müraciət edərək bu məsələyə münasibət bildirmələrini rica edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO