FHN 4 nəfəri xilas etdi, 1 nəfəri isə... - STATİSTİKA 

FHN 4 nəfəri xilas etdi, 1 nəfəri isə... - STATİSTİKA 

Hazırda oxunan: FHN 4 nəfəri xilas etdi, 1 nəfəri isə... - STATİSTİKA 

74290

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edən 1 nəfər xilas olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO