Ölkəmizdə pandemiya ilə bağlı əksər qadağalar aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır.
Bizim.Media xəbər verir ki, uzun müddətdir sərhədlərin açılması ilə bağlı müzakirələr aparılır, lakin nəticə yoxdur.
"Hazırkı epidemioloji vəziyyət uzun müddətdir bağlı qalan quru sərhədlərinin açılmasına imkan verir".
Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, indiki durumda quru sərhədlərinin mərhələli şəkildə açılması mümkündür.
Millət vəkili deyib ki, turizm mövsümünün yaxınlaşması ilə əlaqədar artıq quru sərhədlərinin açılması istiqamətində işlərə başlanmalıdır. Bu addım ölkəyə gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artıra bilər.
Qeyd edək ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:52 / 13.05.2022
Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO
Hazırda oxunan: Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO
Hazırda oxunan: Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO
74252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.