Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova muğam müsabiqəsi haqqında fikirlərini Moderator.az -a açıqlayıb:
"Müsabiqə bildiyimiz kimi davam edir və münsiflər heyətinin sözün həqiqi mənasında muğam bilicilərinin, ictimaiyyətin tənqidi fikirlərindən nəticə çıxartmaq fikirləri olmadığı da göz qabağında.. İstənilən mahnının ,muğamın qəlblərə sirayət etməsinin ən vacib xüsusiyyəti mətnin düzgün seçilməsi və ifaçının onu tam mənimsəyib özünküləşdirdikdən sonra ifa etməsidir. On altı yaşlı ifaçı doğurdanmı mütləq Füzulidən,Seyid Əzimdən oxumalıdır? Bu gənc ifaçıların “seçdikləri”x9d mətnlərin bir sətrinin açıqlamasını bilmədən onu necə mənimsəmək olar? Mənimsəyə bilmədiyin mətni mənə necə sevdirə bilərsən?? İkinci ən böyük qüsur muğam seçimidir. “Rast”x9d kimi çətin muğamların öhdəsindən gəlmək üçün illər lazımdır, və yeri gəlmişkən bu muğam dolu, ağır səs istəyir. Kişi səsi istəyir. Cılız qızcığazların zəngulə vurması nə vaxtdan gözəl muğam göstəricisi sayılır? Gülxar Həsənova ,Həqiqət Rzayeva kimi mərhum sənətkarlarımız “Rast”x9d muğamını illərlə çalışıb sonra lentə alıblar. Dünən əlinə qaval alan ifaçıya müəllimi hansı ürəklə belə çətin və məsuliyyətli muğamın şöbələrini, mayelərini oxudur? “Şahnaz”x9d,”x9dQatar”x9d kimi muğamların da hər qadın ifaçı öhdəsindən gələ bilməyib. Müsabiqə davam etdikcə çox aydın görünən bu ki sanki müsabiqə münsiflər və müəllimlər arasında davam edir. Belə münasibət yaxşı heç nə vəd etmir..."































































































