Koronavirusa əsas yoluxma yolu burnumuzdur. Ankara Şəhər Xəstəxanasının professoru Hakan Oğuztürk yoluxma yollarının burun, ağız və gözlər olduğunu qeyd edir. Son tədqiqatlara əsaslanan professor virusun orqanizmə daha çox burundan daxil olduğunu deyir. Belə ki, burun mukozasına bəzi hüceyrələr daha çox yapışır. Həmin mukoza bölgələrində aparılmış araşdırmaya görə, burada protein zənginliyi orqanizmin digər hissələrinə nisbətən daha çoxdur. Bu səbəbdən H.Oğuztürk ağızla edilən qarqaranın virusun təsirini yüz faiz azaltmayacağını bildirir, burun nahiyəsinə də su və ya virus əleyhinə maddələrin çəkilməyini məsləhət görür.
İctimai nəqliyyat və qapalı şəraitlərdə maskasını burnundan aşağıda tutanlar üçün korona heç bir güzəşt nəzərdə tutmayıb. Maskanızı təlimatlara uyğun daşıyın!