Xəzər rayonu Türkan qəsəbəsində məişət tullantıları dizə çatıb. Bizim.Media-nın email ünvanına Türkan sakinlərinin bu barədə müraciəti daxil olub. Məktubda Turkan yaşayiş massivinin zibilliyə büründüyü, küçələrə zibil qutularının yerləşdirilməməsi və aidiyyəti qurumların bu məsələyə biganəliyindən söz açılıb.
"Cox təəsuflər ki, zibil konteynerləri yalnız Turkan icra numayəndəliyi və qəsəbə bələdiyyəsinin binaları qarşısına qoyulub.
Küçələrdə zibil yeşikləri olmadığından sakinlər məişət tullantılarını işıq dirəklərindən asmaq məcburiyyətində qalırlar. Bədədiyyə sədri və icra nümayəndəsi nədənsə isti kreslolarından durub bu problemlə, əhalinin yaşayış tərzi ilə maraqlanmırlar. Qoyulan bir neçə zibil qutuları dolub daşır, amma vaxtında boşaldılmır.
Dəfələrlə müraciətlərimizə baxmayaraq, məsələ həll olunmur”, deyə məktubda qeyd olunub.
Sakinlər uzun müddətdir məişət tullantılarının idarə olunmaması ilə bağlı problemdən təngə gəliklərindən şikayətləniblər.
Məsələ ilə bağlı Türkan bələdiyyəsi və ərazi nümayəndəsi ilə əlaqə yaratdıq. Bələdiyyədən sədrin iclasda olduğu, müavinlərinin isə işdə olmadığı bildirilib. Ərazi nümayəndəsindən və Xəzər Rayon İcra Hakimiyyətindən isə zənglərimizə cavab verən olmayıb.
Ümid edirik, problemi ictimailəşdirəndən sonra 12 mindən çox əhalisi olan Türkan qəsəbəsinin küçələrinə kifayət sayda zibil qutuları yerləşdiriləcək, üfunətə bürünən məişət tullantıları ərazidən yığışdırılacaq.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:41 / 12.05.2022
Türkan qəsəbəsində zibil DİZƏ ÇATIB – Biabırçı GÖRÜNTÜLƏR
Hazırda oxunan: Türkan qəsəbəsində zibil DİZƏ ÇATIB – Biabırçı GÖRÜNTÜLƏR
Hazırda oxunan: Türkan qəsəbəsində zibil DİZƏ ÇATIB – Biabırçı GÖRÜNTÜLƏR
73973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.