Bakı-Quba yolunda AĞIR QƏZA: Ata və 2 aylıq qızı öldü - FOTO

Bakı-Quba yolunda AĞIR QƏZA: Ata və 2 aylıq qızı öldü - FOTO

Hazırda oxunan: Bakı-Quba yolunda AĞIR QƏZA: Ata və 2 aylıq qızı öldü - FOTO

73943

Bakı-Quba yolunun 68-ci km-də Xızı rayonunda baş verən qəzada həyatını itirənlərin şəxsiyyəti məlum olub.

Bizim.Media-nın əldə etdiyi özəl məlumata görə, ölənlərdən ikisi ata-baladır.

Belə ki, qəza zamanı Rusiya vətəndaşı, 36 yaşlı Maqomed Abdulməcidovun idarə etdiyi yük avtomobili ilə Xızının Giləzi qəsəbə sakini, 31 yaşlı Orxan Heydər oğlu Qasımovun idarə etdiyi “Jiquli” Vaz 21-06 markalı avtomobil toqquşub. 

Nəticədə Orxan Qasımov, sərnişinlərdən 31 yaşlı Pərviz Xudabaxışov və onun iki aylıq qızı Mədinə Pərviz qızı Xudabaxışlı hadisə yerində ölüb. Pərviz Xudabaxışovun anası, 56 yaşlı Vəsxanım Məsud qızı Xudabaxışova və  həyat yoldaşı, 24 yaşlı Əfsanə Ehtiram qızı Xudabaxışova ağır xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. 

Faktla bağlı cinayət işi açılıb.

11.08 ***

Bakı-Quba yolunun 68-ci km-də Xızı rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, "VAZ-2106" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralı halda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. 

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerindədir. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO