Qusarda şəhid anası vəfat etdi - FOTO

Qusarda şəhid anası vəfat etdi - FOTO

Hazırda oxunan: Qusarda şəhid anası vəfat etdi - FOTO

73865

Qusarda Birinci Qarabağ müharibəsi şəhidi Qasım Əliyevin anası Gülcahan Əliyeva vəfat edib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ürəyindən müalicə olunan şəhid anası bu gün səhər saatlarında keçinib.

Mərhumun dəfnində Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və Qusar şöbəsinin əməkdaşları, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov, iş adamı Abubəkr Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qasım Əliyev 1992-ci ildə Füzul rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO