Anonim şikayətə görə, abonentin sayğacı sökülə bilərmi? – “Azəriqaz

Anonim şikayətə görə, abonentin sayğacı sökülə bilərmi? – “Azəriqaz"dan RƏSMİ CAVAB

Hazırda oxunan: Anonim şikayətə görə, abonentin sayğacı sökülə bilərmi? – “Azəriqaz"dan RƏSMİ CAVAB

73853

Adətən deyirlər ki, yaxşı qonşu uzaq qohumdan da yaxşıdır. Amma qonşudan bəxti gətirməyənlər də var məhz elə şikayətçi Nailə xanım kimi. Nailə xanım şikayətində qeyd edir ki, hansısa qonşusunun anonim şikayəti ilə onların qaz sayğacında yoxlanışlar aparılır. İkinci şikayətdə isə artıq sayğac “Azəriqaz” işçiləri tərəfindən sökülüb yoxlanışa aparılıb. Anonim şikayətçi iddia edir ki, Nailə xanımın ailəsi qaz sayğacından qanunsuz şəkildə, el deyimi ilə desək, “levi” yollarla istifadə edir. Şikayətçinin adı isə anonim olaraq göstərilir. 

Anonim şikayətlərə baxılmasının və sayğacın sökülərək yoxlanışa aparılmasının nə dərəcədə doğru olmasını aydınlaşdırmaq üçün Bizim.Media olaraq “Azəriqaz”la əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

"Azəriqaz" daha iki qazinin müraciətini təmin etdi - VİDEO


Sualımızı İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cavabladı. Onun sözlərinə görə, bu proses qanunidir:

“Yoxlamalar nəticəsində təbii qazdan qanunsuz şəkildə istifadə edənlər haqqında tədbirlər görülür. Amma buna baxmayaraq hər hansı vətəndaş müraciət edirsə ki, mənim qonşum təbii qazdan qeyri-qanuni şəkildə istifadə edir və anonimliyinin qorunulmasını istəyirsə, o zaman tərəfimizdən bu qorunur və müraciətə baxılır. Çünki biz həmin adamın rekvizitlərini adını, soyadını tələb edirik amma şikayətçi olduğu tərəfə bu haqda məlumatlar verilmir, anonim şəkildə qorunub saxlanılır və yerindəcə araşdırmalar aparılır. Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görülür”.

Bəs daha hansı hallarda vətəndaşın sayğacı “Azəriqaz” işçiləri tərəfindən sökülüb yoxlanışa aparıla bilər?

“Ümumiyyətlə məişət üçün istifadə olunan, əhali kateqoriyasına daxil edilmiş təbii qaz sayğacları 5 ildən bir dövri-yoxlama müddətinə göndərilir. Problem aşkarlanarsa, dəyişdirilir, həmçinin müraciət daxil olduqda və sayğacda hər hansı bir şübhə yarandıqda növbədənkənar da tərəfimizdən dövlət yoxlaması həyata keçirilir”, - deyə İ. Kərbalayev sualımızı cavablayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO