Kartof mövsümü BAŞLADI - Cəlilabad fermerləri nədən narazıdır? - FOTO

Kartof mövsümü BAŞLADI - Cəlilabad fermerləri nədən narazıdır? - FOTO

Hazırda oxunan: Kartof mövsümü BAŞLADI - Cəlilabad fermerləri nədən narazıdır? - FOTO

73820

Cəlilabadda bir-neçə gündür kartof yığımı başlayıb. Sahələrdə məhsuldarlıq ötən illə müqayisə yüksəkdir. Hazırda fermerlər hər hektara orta hesabla 20-25 ton məhsul götürürlər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fermerlər ilk olaraq istixana şəraitində yetişdirilən məhsulun yığımına başlayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəyə gətirilən bibər toxumunda virus aşkarlandı


Onlar bildirirlər ki, mart ayında cənub bölgəsində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları təsərrüfatlara təsirsiz ötüşməyib.

Selin yuduğu əkin sahələrində məhsuldarlıq aşağı düşsə də, təbii fəlakətin məruz qalmadığı sahələrdə məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir, hər hektara orta hesabla 20-25 ton məhsul götürülür.

Hazırda toplanan məhsul daxili bazarla yanaşı, xaricə də ixrac edilir. Fermerlərin sözlərinə görə, mövsümün əvvəlində kartof əsasən Rusiya, Ukrayna bazarlarına ixrac edilirdi. Məlum hadisələrdən dolayı hazırda tələbat təkcə Rusiya bazarlarınadır. Müharibə fermerlərin əlindən Ukrayna bazarlarını alıb.

Yığımın əvvəlində kartofun bir kiloqramının qiyməti 1 manat 40 qəpikdən başlasa da, hazırda məhsulun bir kiloqramı 1 manatadır.

Fermerlər qeyd edirlər ki, həm kartofun məhsuldarlığı, həm də qiymətlər ürəklərincədir. Lakin onları narazı salan məsələ yükdaşımalardakı qiymət artımıdır.
 

Onların sözlərinə görə, mövsümün əvvəlində TIR sürücüləri Moskva istiqamətinə yüklərin daşınması üçün 2800 dollar tələb etsələr də, indi bu qiymət 3800 dollara qalxıb. Bu da ilk növbədə kartofun maya dəyərinə təsir edir.


Fermerlər bir qədər öncə gündəmə gələn “kənd təsərrüfatı qatarları” ideyasına ümid etdiklərini bildirsələr də bunun ideya olaraq qalmasından tədirgindirlər.

Fermerlər bidirirlər ki, bir də Rusiya tərəfinin bəzi məqamlarda süni şəkildə yaratdığı “zərərli tərkib” siyasəti də qazanclarına əngəl olur. Hələ mövsümün başlanğıcı olduğundan ümidləri də çoxdur. Düşünürlər ki, bahalaşmanın qarşısını almaq üçün tədbirlər görmək olar. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO