Rayonlarda pensiyalar niyə gec verilir? – DSMF-dən rəsmi AÇIQLAMA

Rayonlarda pensiyalar niyə gec verilir? – DSMF-dən rəsmi AÇIQLAMA

Hazırda oxunan: Rayonlarda pensiyalar niyə gec verilir? – DSMF-dən rəsmi AÇIQLAMA

73657

Adətən kənd rayonlarında yaşayan təqaüdçülərin pensiyaları Bakı, Sumqayıt və Aberon rayonunda yaşayanlarla müqayisədə bir qədər gec ödənilir. 

Bizim.Media saytı olaraq bunun niyə belə olduğu, prosesi eyni anda həyata keçirməyə nə maneə olduğuna aydınlıq gətirmək üçün DSMF-yə müraciət etdik. 

DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirdi ki, pensiyaların rayon təqaüdçülərinə mərkəzlə müqayisədə gec ödənilməsi fikri yanlışdır: 

“Pensiya ödənişi hər ay ərzində həyata keçirilir. Yəni ay tamamlanmamış pensiyalar tamamilə ödənilir. Rayonlar üzrə pensiyaların ödənişi vaxtından gec deyil, qrafikə uyğun şəkildə həyata keçirilir. Qrafikə uyğun olaraq da Bakı, Sumqayıt və Abşeronda yaşayan təqaüdçülərə pensiyalar daha əvvəl çatdırılır. Çünki digər sosial ödənişlər də var ki, hər bir sosial ödənişin də öz vaxtı var. Yəni bir tək pensiya ödənilmir. Ünvanlı dövlət sosial yardım, müavinətlər də ödənilir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO