Hərbçilərin “Heydər zirvəsi”nə ekspedisiyası başa çatdı - FOTO/VİDEO

Hərbçilərin “Heydər zirvəsi”nə ekspedisiyası başa çatdı - FOTO/VİDEO

Hazırda oxunan: Hərbçilərin “Heydər zirvəsi”nə ekspedisiyası başa çatdı - FOTO/VİDEO

73651

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularından ibarət nümayəndə heyətinin iştirakı ilə təşkil olunan “Ulu Öndər” adlı ekspedisiya uğurla başa çatıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoyublar: 

"Ekspedisiya üzvləri təyin olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə yürüş ediblər. "Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxan alpinistlər Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar". 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO