MEDİA rəhbəri hücuma məruz qalan jurnalistlə görüşdü

MEDİA rəhbəri hücuma məruz qalan jurnalistlə görüşdü

Hazırda oxunan: MEDİA rəhbəri hücuma məruz qalan jurnalistlə görüşdü

73632

Mayın 10-da Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı agentlik yayıb. 

Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib. 

Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. 

Qeyd olunub ki, hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO