ABŞ-ın məşhur jurnalisti Heydər Əliyevin 1991-ci ildə çəkilən özəl fotosunu PAYLAŞDI  

ABŞ-ın məşhur jurnalisti Heydər Əliyevin 1991-ci ildə çəkilən özəl fotosunu PAYLAŞDI  

Hazırda oxunan: ABŞ-ın məşhur jurnalisti Heydər Əliyevin 1991-ci ildə çəkilən özəl fotosunu PAYLAŞDI  

73605

ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz Heydər Əliyevin 1991-ci ilə aid özəl fotosunu yayımlayıb. 

Bizim.Media xəbər verir ki, Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edən Amerikanın məhşur jurnalisti Tomas Qoltz öz şəxsi “Facebook” səhifəsində Ulu Öndər Heydər Əliyevin 1991-ci ilin sonlarına aid fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Azərbaycanın Naxçıvan eksklavı (Naxçıvan Muxtar Respublikası - Red), Kremldən sonrakı dövrdə Heydər Əliyevlə ilk görüş. AD GÜNÜNÜZ MÜBARƏK!”. - deyə paylaşımında yazıb

Qeyd edək ki, Rusiyadan Naxçıvan Muxtar Respublikasına qayıdan və doğulub-böyüdüyü Naxçıvanın ən çətin günlərində orada fəaliyyətə başlayan, blokadada qalan məmləkətini yalnız qoymayan Ulu Öndər Heydər Əliyev o zaman da dünyanın diqqət mərkəzində idi.
Ümmummilli Lider həmişə olduğu kimi zəkası ilə o zamankı media işçilərinin də diqqətini cəlb etmişdi.

1991-ci ildə Heydər Əliyevlə görüşən xarici jurnalistlərdən biri də məhz Tomas Qoltz idi. Tomas Qoltz Naxçıvana gedərək ilk dəfə şəxsi təşəbbüsü ilə Heydər Əliyevlə görüşüb və bu silsilə görüşlər Heydər Əliyevin vəfatına kimi davam edib. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO