Evdən 21 000 manat oğurlayan şəxs saxlanıldı

Evdən 21 000 manat oğurlayan şəxs saxlanıldı

Hazırda oxunan: Evdən 21 000 manat oğurlayan şəxs saxlanıldı

73540

İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən axşam saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21 000 manat pulunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin zərərçəkmişin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı 21 000 manat E.Gülməmmədovdan götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Gülməmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO