Azərbaycanın Oğuz rayonunda, dağlıq ərazidə 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidovun meyiti tapılıb. Məlum olub ki, Xalxal kənd sakini, 43 yaşlı Həmidov dağlıq meşəlik ərazidə odun hazırlayarkən ölüb.
Bizim.Media xəbər verir ki, Həmidovun meyiti kənd sakinlərinin və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə ərazidən çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Ölümlə bağlı Oğuz rayon prokurorluğu araşdırma aparır. İlkin məlumata görə, kar-lal olan Həmidov odun doğrayarkən odun parçasından başından zərbə alıb, nəticədə yerindəcə keçinib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:17 / 09.05.2022
Oğuzda 43 yaşlı kişi meşədə öldü
Hazırda oxunan: Oğuzda 43 yaşlı kişi meşədə öldü
Hazırda oxunan: Oğuzda 43 yaşlı kişi meşədə öldü
73487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.