Bakıda qadın sahibkarlar üçün yarmarka işə başladı - FOTO

Bakıda qadın sahibkarlar üçün yarmarka işə başladı - FOTO

Hazırda oxunan: Bakıda qadın sahibkarlar üçün yarmarka işə başladı - FOTO

73321

Bakıda "THE MAY FAIR by İZ" - Azərbaycanın qadın sahibkarlarının müəllif məhsullarının yarmarkası işə başlayıb.

Bizim.Media xəbər verir ki, “İZ - İnamlı və Zərif” qadınlar icmasının rəhbəri Rəna Nəcəfzadə Trend-ə bildirib ki, yarmarkada 100-dən çox qadın sahibkar iştirak edir.

"Biz öz missiyamızı Azərbaycan qadınlarına bizneslərinin inkişafına kömək etməkdə görürük. Cəmiyyətimiz onlara özlərinə inanmağa və faydalı əlaqələr qurmağa kömək edir. Ona görə də hər bir tədbirimizin təşkili və keçirilməsi üçün bütün gücümüzü sərf edirik", - deyə RşNəcəfzadə bildirib.

Yarmarkada əl işi məhsulları, o cümlədən kuklalar, oyuncaqlar, bijuteriya, sabunlar, şamlar, məişət əşyaları, talismanlar, amuletlər və s. təqdim olunub.

Qeyd edək ki, bu, “İZ - İnamlı və Zərif” qadın icmasının təşkil etdiyi sayca dördüncü yarmarkadır.

Azərbaycanda qadın sahibkarların məhsullarının ən böyük “THE MAY FAIR by İZ” adlı yarmarkası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO