Ağcabədidə

Ağcabədidə "Azəriqaz"ın əməkdaşı döyüldü - FOTO

Hazırda oxunan: Ağcabədidə "Azəriqaz"ın əməkdaşı döyüldü - FOTO

73146

“Azəriqaz” İB-nin əməkdaşına xəsarət yetirilib.

Bizim.Media quruma istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.

Belə ki, 30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına artıq müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO