Polis Cənub bölgəsində 8 narkotaciri yaxalayıb - FOTO

Polis Cənub bölgəsində 8 narkotaciri yaxalayıb - FOTO

Hazırda oxunan: Polis Cənub bölgəsində 8 narkotaciri yaxalayıb - FOTO

73119

Lənkəranda 10 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin Lənkəran Regional Mətbuat xidmətindən Bizim.Media-nın Cənub bürosuna verilən  məlumata görə, Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. 

Bu istiqamətdə keçirilən ardıcıl əməliyyatlarla daha 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə çıxarılıb.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO