Bərdə-Ağdam dəmiryolu üzrə media-tur başa çatıb - FOTO

Bərdə-Ağdam dəmiryolu üzrə media-tur başa çatıb - FOTO

Hazırda oxunan: Bərdə-Ağdam dəmiryolu üzrə media-tur başa çatıb - FOTO

73106

Bərdə-Ağdam dəmiryol xəttinin inşası istiqamətində bu gün təşkil edilmiş media-tur başa çatıb. 

Media-turda iştirak edən Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, tur iştirakçıları son olaraq yolun Ağdam rayonunun işğaldan azad edilmiş Göytəpə kəndi ərazisində aparılan torpaqlama işləri ilə tanış olublar. 

Bundan başqa, rayonun Baş Qərvənd kəndi ərazisində yolun minalanmış sahədən keçən hissəsində ANAMA ilə birgə aparılan işlər barədə geniş məlumat verilib.

Bildirilib ki, kəndin ərazisində aparılan işlər keçmiş təmas xətti sahəsinə düşdüyü üçün burada minalardan təmizləmə işləri aparılmaqdadır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO