Su Polisi və FHN Mingəçevirdə gücləndirilmiş iş rejiminə keçdi - SƏBƏB/VİDEO

Su Polisi və FHN Mingəçevirdə gücləndirilmiş iş rejiminə keçdi - SƏBƏB/VİDEO

Hazırda oxunan: Su Polisi və FHN Mingəçevirdə gücləndirilmiş iş rejiminə keçdi - SƏBƏB/VİDEO

73069

Mingəçevirdə sabah keçirilməsi nəzərdə tutulan "Prezident Kuboku-2022" reqatası ilə əlaqədar, Su Polisi və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. 

Bizim.Media-nın məlumatına görə, bu gündən etibarən müvəqqəti olaraq Kür çayının Mingəçevirdən keçən hissəsində rəsmi qurumlar istisna olmaqla, bütün növ qayıqların hərəkəti dayandırılıb.

Belə ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan və bu gün işğaldan azad olunmuş Suqovuşan ərazisində start götürən akademik avarçəkmə və kanoye üzrə "Prezident Kuboku" reqatası sabah Mingəçevir şəhərində davam etdiriləcək.

Bu səbəbdən də Kür çayının Mingəçevirdən keçən hissəsində Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları və Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nümayəndələri bu gündən etibarən ərazi sularında gücləndirilmiş iş rejiminə keçib.
Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşı Vüsal Qyliyevin verdiyi məlumata görə, hər iki qurumun nümayəndələri nəqliyyat körpüsündən Kür çayının yarışların keçiriləcəyi hissəsinədək olan çevrədə xüsusi qayıqlar vasitəsilə davamlı reydlər təşkil edir və digər zəruri əməliyyat tədbirləri həyata keçirir.

Eyni zamanda, 15-dən artıq gəzinti qayıqlarının hərəkəti müvəqətti olaraq tam dayandırılıb.

V.Quliyevin sözlərinə görə, bu tədbirlər 5 ölkə avarçəkənlərinin iştirakı ilə baş tutacaq yarışın təhlükəsizliyinin təmin edilməsi üçündür.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO