Güclü külək əsəcək, yağış yağacaq – PROQNOZ 

Güclü külək əsəcək, yağış yağacaq – PROQNOZ 

Hazırda oxunan: Güclü külək əsəcək, yağış yağacaq – PROQNOZ 

73051

Azərbaycanda sabaha gözlənilən gözlənilən hava şəraiti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. 
Havanın temperaturu gecə 9-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO