Azərbaycanlı gənc bəstəkar vəfat etdi - FOTO

Azərbaycanlı gənc bəstəkar vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı gənc bəstəkar vəfat etdi - FOTO

73045

Azərbaycanlı gənc bəstəkar və şairə Sahilə Qurbanova dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni Nərmin Kərimbəyova sosial şəbəkə hesabında məlumat verib.  

“Bilmirəm nə deyim, Allah rəhmət etsin kəlməsi heç yaraşmır gənc istedada. Balaların yetim qaldı. Çox heyif səndən.

Heç istəməzdim buna inanım. Sən həmişə gözəl bəstələrində yaşayacaqsan. “Mənə zaman ver” mahnısı üçün həmişə minnətdar olacam. Gözəl ürəkli insan, bu mahnını sevgi ilə yaşadacam. Başqa heç nə gəlmir əlimdən. İlk dəfə eşidən kimi anladım ki, bu, mənim mahnımdır.

Kaş, çox yaşayıb, çox yaradardın” deyə, N.Kərimbəyova yazıb. Mərhum bəstəkar sonuncu dəfə N. Kərimbəyova üçün “Mənə zaman ver” adlı mahnını yazıb.   
Qeyd edək ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Sahilə Qurbanovanın iki övladı var. O, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı idi.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO